AVRO-2016-da C qrupunun Ukrayna - Şimali İrlandiya matçı 57-ci dəqiqədə dayandırılıb. Sportnet.az-ın məlumatına görə, səbəb Lion stadionunda əlverişsiz hava şəraiti olub.
Əvvəlcə meydana yağış, ardından dolu yağıb. Bunu nəzərə alan çexiyalı baş hakim oyunda bir neçə dəqiqə fasilə verib. Lakin çox keçmədən komandalar meydana qayıdıblar.
Qeyd edək ki, hazırda Şimali İrlandiya öndədir - 1:0.