1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şimali İrlandiyanın daha bir azarkeşi dünyasını dəyişdi
AVRO-2016-da növbəti ölüm faktı qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, Şimali İrlandiya yığmasının 64 yaşlı azarkeşi Ukrayna millisi ilə Liondakı matçın gedişində, elə tribunada dünyasını dəyişib.
Buna səbəb kimi ürək çatışmazlığı göstərilib. Həkimlər şəxsiyyəti açıqlanmayan həmin azarkeşə yerində kömək etməyə çalışsalar da, səyləri nəticəsiz qalıb. Şimali İrlandiya final mərhələsində ilk qələbəsini həmin oyunda rəqibi 2:0 hesabı ilə məğlub etməklə qazanıb.
Xatırladaq ki, bu, final mərhələsində vəfat edən ikinci şimali irlandiyalı azarkeşdir. 24 yaşlı fanat Nitsada hündürlükdən yıxıldığına görə ölmüşdü. Buun səbəbi onun sərxoş olması idi. Fznat xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bu, Şimali İrlandiyanın ilk turda Polşaya 0:1 hesablı məğlubiyyətindən sonra baş verib.