1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vaqif Cavadovun sabiq klubu 180 min avroyla canını qurtardı
Hollandiyanın "Tvente" klubuna yüksək liqada çıxış etməyə icazə verilib. Sportnet.az-ın məlumatına görə, bu ölkənin müstəqil komissiyası Enshede təmsilçisinin apellyasiyani müsbət cavablandırıb.
Bundan öncə Hollandiya Futbol İttifaqı "Tvente"ni ikinci diviziona göndərmişdi. Buna səbəb 2010-cu ildə çempion olan klubun maddi probleminin olması idi. İnvestiya fondu ilə qanunsuz əməkdaşlıqda günahlandıırlan "Tvente" növbəti mövsümdə güclülər dəstəsində çıxış etməyə lisenziya almaq maddi təminatı təqdim edə bilməmişdi.
Artıq bu qərar ləğv olunub. "Tvente" 180 min avro cəzalandırılıb və bu cəriməni ödəməklə canını qurtara biləcək. Onun əvəzinə ikinci diviziona isə "De Qrafsxap" göndəriləcək.
Xatırladaq ki, Azərbaycan millisinin sabiq futboloçusu Vaquf Cavadov "Tvente"nin çempion olduğu mövsümdə heyətində olsa da, rəsmi debüt edə bilməyib.