1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" Ruslan Abışovdan cavab gözləyir
"Ruslan Abışovun "İnter"ə keçmək variantı var. Ancaq bu məsələ hələ ki açıq qalır". Bu fikirləri Sportnet.az-a açıqlamasında "İnter"in seleksiyaçı məşqçisi Zaur İsmayılov deyib.
"Qəbələ"dən gedəndən özünə yeni klub axtaran Ruslan Abışovun karyerasını paytaxtda davam etdirəcəyi gözlənilir. Buna əsas namizəd klublardan biri məhz "İnter"dir.
İsmayılov milli komandamızın da üzvü olan 29 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlarının olduğunu bildirib: "Ola bilər ki, Ruslan növbəti mövsümdə "İnter"də olsun. Onunla danışığımız olub və cavabını gözləyirik. Yəqin ki, başqa variantları da var. Hər halda, Abışovun məsələsi bizim üçün gündəmdədir".
Məlum olduğu kimi, "İnter" Abışovun oynadığı müdafiənin mərkəzinə "Xəzər Lənkəran"dan çıxışı ilə tanınan rumıniyalı Manuel Adrian Skarlatakeni gətirib. Bundan əlavə, klub braziliyalı Denis Silva Kruz və gürcü Zurab Xizanayşvili ilə müqavilələri uzatmaqla, bu legionerləri heyətində saxlayıb. Məsələyə fərqli yanaşan "bankirlər"in məşqçisi Abışovdan başqa mövqedə də faydalanmağı mümkün sayır: "Ruslan tək müdafiədə oynamır. O, orta sahədə də, yarımmüdafiənin mərkəzində də çıxış edir və bizə də orada da kömək edə bilər".
Xatırladaq ki, Ruslan Abışov Berti Foqtsun baş məşqçiliyi dövründə uzun müddət həm millidə, həm də o vaxt çıxış etdiyi "Neftçi"də dayaq yarımmüdafiəçisi mövqeyində oynayıb.