Azərbaycanlı hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Xudiyev Belarus "Şaxtyor"u ilə İrlandiyanın "Derri" klubu arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununa göndərilib.
İyulun 24-də Soliqorsk şəhərindəki görüş "Stroitel" stadionunda baş tutacaq. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçın baş hakimi Elmir Pilav (Bosniya və Herseqovina) olacaq.
Qeyd edək ki, Asim Xudiyev Avropa Liqasının I təsnifat mərhələsinin "Astana” (Qazaxıstan) - "Pünik” (Ermənistan) görüşünə təyinat alıb.