Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" və "Baltsan" klubları arasındakı ilk qarşılaşma iyunun 30-da Maltada keçiriləcək. Sportnet.az-ın məlumatına görə, oyunun yeri dəyişdirilib.
İlk görüş Azərbaycan paytaxtında keçirilməli olsa da, klublar arasında əldə olunmuş razılaşmaya əsasən UEFA-ya məktub ünvanlanıb və qurum ilk görüşün Maltada təşkilinə müsbət cavab verib.
Bununla bağlı hər iki kluba məktub ünvanlanıb.
Komandalar arasında ilk görüş iyunun 30-da Maltadakı "Hibernians" stadionunda, cavab oyunu isə bir həftə sonra Bakıdakı "Bakcell Arena"da olacaq.









































































