Argentina yığmasının futbolçusu Lionel Messi daha bir rekordun astanasındadır. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı Messi Copa Amerikada yığmanın heyətində 111-ci oyununu keçirib və 54-cü qolunu vurub.
Hücumçu yarımfinalda ABŞ-la keçiriləcək yarımfinal oyununda da fərqlənəcəyi təqdirdə argentinalı məşhur futbolçu Qabriel Batistutanı geridə qoyacaq.
Messi Batistutanı keçsə də, əfsanəvi futbolçu 54 qolu 77 oyuna vurub.
Qeyd edək ki, Messi yığma komandada ilk dəfə 2005-ci ildə çıxış edib.