1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vəli Qasımov: "Bizdə onunla bağlı faktlar var..."
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov çernoqoriyalı qapıçı Milan Miyatoviçin transferinin baş tutmamasına münasibət bildirib. 47 yaşlı mütəxəssis Sportnet.az-a açıqlamasında problemin zədə ilə bağlı olduğunu bildirib.
Qasımovun sözlərinə görə, komandanın Türkiyədəki təlim-məşq toplanışına qatılan Miyatoviçin zədəsinin olmadığı, maddi məsələlərdə razılığa gəlməməklə bağlı dedikləri həqiqətəuyğun deyil: "Hər halda, həkim həkimdir. Onun rəyi əsas olaraq qalır. Bizdə faktlar var. Buna əsasən çernoqoroyalı qpaıçı ilə müqvailə bağlamadıq. Qapıçı məsələsində hələ ki yeni bir şey yoxdur. Ancaq bu məsələni də tezliklə həll edəcəyik".
Qeyd edək ki, "Neftçi" Avropa Liqasında ilk oyunadək qapıçı problemini mütləq həll etməlidir. Çünki hazırda əsas qapıçı olan Maksim Vaylo ötən mövsüm bu turnirdə Çernoqoriyanın "Mladost" klubu ilə səfər matçında aldığı qırmızı vərəqəyə görə UEFA tərəfindən cəzalandırılıb. Belə olan halda, "Neftçi" yalnız yeniyetmə, U-17 yığmasının ehtiyat qapıçısı Kamran İbrahimovun ümidinə qalıb.