"Zirə" klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı ötən mövsümü "Rəvan"da keçirmiş Yasin Həmidlə 3 illik müqavilə bağlayıb.
23 yaşlı hücumçu "Zirə"nin bu gün münasibətlərini rəsmiləşdirdiyi ikinci futbolçu olub. "Qartallar" az əvvəl albaniyalı yarımmüdafiəçi Gerhard Proqni ilə 2 illik anlaşma əldə edib.
Qeyd edək ki, Ukraynada doğulmuş Yasin Həmid əslən ukraynalıdır.