1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Giya Tsetzadze: "Qəbələ"də baş verənlərdən xəbərdar olsam da..."
"Qəbələ"nin Avropa Liqasında rəqibi olan "Samtredia" yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, Gürcüstanın vitse-çempionu Buxarest "Dinamo"sunu darmadağın edib - 5:1.
Matçdan sonra "Samtredia"nın baş məşqçisi Giya Tsetzadze Gürcüstan mətbuatına açıqlamasında oyundan razı qaldığını bildirib: "Ancaq deyə bilmərəm ki, komandadan 100 faiz razı qaldım. Düzdür, irəliləyişimiz var. Bu qələdə də irəliyə doğru addım sayıla bilər. Avropa Liqasında mümkün qədər irəliləmək istəyirik".
Baş məşqçini təəssüfləndirən əsas məqam Gürcüstanda bir sıra klubların infrastrukturun lazımı səviyyədə olmaması üzündən ev oyunlarını doğma stadionda keçirə bilməməyidir. Bu səbəbdən də rəqibi "Qəbələ"ni Samtrediada yox, Zestafonidə qəbul etməli olacaq. Ancaq Tsetzadze bunda özləri üçün problem görmür: "Ona görə ki, Zestafoni ilə Samtredia bir-birinə yaxın şəhərlərdir. "Qəbələ" ilə oyunda azarkeşlərimizin stadiona gələrək bizə dəstək verəcəklərinə əminəm".
Baş məşqçi komandamızın bir neçə futbolçu ilə vidalaşmasından xəbərdar olsa da, buna diqqət yetirmir: "Çünki rəqibdə baş verənlər məni maraqlandırmır. "Qəbələ"də məüəyyən dəyişikliklərin olması onların işidir. Bu, normal prosesdir. Məni öz komandam maraqlandırır. Öz futbolçularıma diqqət yetirirəm. Axır ki heyətimiz balanslaşdırılıb. "Qəbələ"yə qarşı da məhz bu optimal heyətlə oynayacağıq".