
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Kəpəz" – "Daçiya" (Moldova) oyununun təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşmanı Qazaxıstanı təmsil edən hakimlər idarə edəcək.
Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun
20:00. "Kəpəz" (Azərbaycan) - "Daçiya" (Moldova)
Baş hakim: Aleksander Qauzer
Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Alibek Aubakirov
Dördüncü hakim: Daniyar Sakhi
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim-inspektor: Aleh Chykun (Belarus)
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək oyun saat 20:00-da başlayacaq.