
AVRO-2016-da 1/8 final mərhələsinin ikinci günündə iki rekord qeydə alınıb. Sportnet.az-ın məlumatına görə, final mərhələsində ən erkən qol Fransa - İrlandiya matçında qonaqların 2-ci dəqiqədə penaltidən vurduğu dəqiq zərbə olub.
Macarıstan - Belçika matçında isə ən böyükhesablı qələbə olub - 4:0. Belə ki, belçikalılaradək heç bir yığma 4 qolla qalib gəlməmişdi. Özü də Mark Vilmotsun yetirmələri bunu qrup mərhələsində ən çox qol vuran (6) yığmayla matçda reallaşdırıblar.