
"Bizi çətin oyun gözləyir. Avropa Liqasında zəif komanda olmur. Bəziləri deyir ki, "Kəpəz" zəif komandadır. Amma bu, belə deyil. Rəqib mobil, yaxşı komandadır". Sportnet.az-ın məlumatına görə, bunu Moldova "Daçiya"sının kapitanı Simeon Bulqaru deyib.
O bildirib ki, Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Kəpəz"in dayaq və hücumameylli oyunçuları, cinah futbolçuları hərəkətlidirlər: "Rəqibimiz aqressiv oynayır, mərkəzdə top alan kimi hücuma atılır".
Bulqaru "Kəpə"in heyətindəki dəyişikliklərdən xəbərdar olduqlarını da əlavə edib.
Qeyd edək ki, "Kəpəz"lə "Daçiya" arasındakı ilk oyun iyunun 28-də "Dalğa Arena"da, cavab görüşü iyulun 7-də Moldovanın Speya şəhər stadionunda keçiriləcək.