"Neftçi"nin çalışdırıcısı Vəli Qasımov avrokuboklarda məşqçi kimi debüt edəcək. Sportnet.az-ın məlumatına görə, Qasımov da "Kəpəz"dəki həmkarı kimi Şahin Dinitev kimi bu postda qitəmiqyaslı turnirdə ilk oyununa çıxacaq.
Bu, Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" klubu ilə səfər oyunu olacaq.
47 yaşlı Qasımov futbolçu kimi Moskvanı "Dinamo" klubunun heyətində avrokuboklarda iştirak edib. Bu, 90-cı illərin əvvəlində UEFA kubokunda keçirdiyi 6 matçdır. Keçmiş hücumçu yeganə qolunu İtaliyada "Torino"ya vurub.
"Neftçi" kimi "Qəbələ"ni də sabah Avropa Liqasının təsnifat mərhələsində sınaq gözləyir. "Ağ-qaralar" 1995-ci ildən avrokuboklarda iştirak edirsə, ilk xalımızı qazanan komanda olubsa, "qırmızı-qaralar" yalnız son 2 mövsümdə bu həyəcanı yaşayıb. Gürcüstanın "Samtredia" klubu ilə sabahkı matç "Qəbələ"ni qitəmiqyaslı turnirdə 17-ci matçı olacaq. Bunların hamısı Avropa Liqasına təsadüf edir.
"Qəbələ"nin avrokubok matçlarından 14-ü ötən mövsüm hazırkı baş məşqçisi Roman Qriqorçunun rəhbərliyi altında olub. Bunlar əvvəlcə təsnifat, sonra qrup mərhələsi matçlarda olub. Göründüyü kimi, 51 yaşlı ukraynalı mütəxəssis "qırmızı-qaralar"da yubiley - 15-ci matçına çıxacaq. "Qəbələ"ni Avropa Liqasında ilk 2 qarşılaşmaya isə rumıniyalı sabiq məşqçisi Dorinel Muntaynu çıxarıb.