İngiltərənin "Mançester Siti" klubu heyətini avstraliyalı futbolçu ilə gücləndirib. Sportnet.az-ın məlumatına görə, Avstraliya yığmasının yarımmüdafiəçisi Aaron Muy bundan sonra "şəhərlilər"in uğuru üçün çalışacaq.
25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Qarşılığında isə Mançester təmsilçisinin iki futbolçusu - Antoni Kakeres və Luke Brattan yeni mövsümü icarə əsasında Muyun çıxış etdiyi "Melburn" komandasında keçirəcək.
Qeyd edək ki, Muy son mövsüm Avstraliyanın ən yaxşı oyunçusu seçilib.