1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İtaliya AVRO-1980-də də 9-cu penaltidə uduzmuşdu...
Avropa çempionatının tarixinin növbəti rekordu təkrarlanıb. Sportnet.az-ın məlumatına görə, bu, ən uzun oyunsonrası penaltilər seriyası ilə bağlıdır.
Belə ki, AVRO-2016-da 1/4 finalda keçirilən Almaniya - İtaliya matçı turnirin 56 illik tariixndə matçsonrası penaltilər seriyasında ən çox zərbə yerinə yetirilən iki oyundan biri olub. Digəri ABRO-1980-də 3-cü yer uğrunda Çexoslovakiya - İtaliya qarşılaşmasında qeydə alınıb. Onda da əsas vaxtın 1:1 hesabı ilə nəticələnməsi, futbolçuların qalibi müəyyənləşdirmək üçün 18 zərbə vurmaları və İtaliyanın 9-cu penalti vuruşunda uduzması kimi maraqlı məqamlar diqqət çəkir.
Almaniya yığması böyük turnirlərdə sonuncu dəfə DÇ-1982-də penaltilər yerinə yetirərək zərbəni dəqiq vura bilməyib. Onda Fransa ilə yarımfinal matçında (3:3, penaltilərlə 5:4) Uli Ştilikenin qeyri-dəqiq zərbəsinə baxmayaraq Bundestim qalib gəlib. Bu dəfə isə 3 qeyri-dəqiq zərbə birdən olub. Tomas Müllerin həmləsini Canluicci Buffon dəft edibsə, Məsut Özilllə Bastian Şvaynştayger "çərçivə"ni dəqiq nişan ala bilməyiblər.
Almaniya millisi üçün oyunsonarı penaltilər adəətn uğurlu alınır. Təsadüfi deyil ki, almanlar böyük turnirlərin final mərhələsində 7 "loteyera"dan yalnız 1-də uduzublar. Həmin sttaistikanı diqqətinizə çatdırırıq:
Almaniya yığmasının böyük turnirlərdə oyusonrası penaltilər seriyası
AVRO-1976
Final: Almaniya - Çexoslovakiya - 2:2 (penaltilər - 3:5)
DÇ-1982
1/2 final: AFR - Fransa 3:3 (penaltilər - 5:4)
DÇ-1986
1/4 final: AFR - Meksika 0:0 (penaltilər - 4:1)
DÇ-1990
1/2 final: AFR – İngiltərə 1:1 (penaltilər - 4:3)
AVRO-1996
1/2 final: Almaniya - İngiltərə 1:1 (penaltilər - 6:5)
DÇ-2006
1/4 final: Almaniya - Argentina 1:1 (penaltlər - 4:2)
AVRO-2016
1/4 final Almaniya - İtaliya 1:1 (penaltilər - 6:5)