İyulun 22-də AFFA və Bakı Olimpiya Stadionu birgə Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirəcək. Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq görüş saat 18.00-da başlayacaq.
İdman jurnalistləri (hər mətbuat orqanından 1, TV-dən 2 nəfər) ailə üzvləri ilə birgə tədbirə dəvət olunur.
Saat 17:45-də metronun "Koroğlu” stansiyasının qarşısından mətbuat nümayəndələrini BOS-a aparacaq nəqliyyat vasitəsi yola düşəcək.
Texniki məsələlərin həlli ilə əlaqədar, tədbirdə iştirak edəcək jurnalistlərin iştirakını media@bos.az e-mail ünvanına yazmaqla təsdiqləməsi xahiş olunur.