1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Adana Dəmirspor" əsas heyətini oynatmadı
Türkiyə I Liqası klubu "Adana Dəmirspor" "Sumqayıt"la yoxlama görüşünə əvəzedici heyət və baxışda olan futbolçularını buraxıb. Sportnet.az-ın "Cihan" agentliyinə istinadən məlumatına görə, 0:0 hesablı heç-heçə ilə nəticələnən oyun gərgin mübarizə şəraitində və sürətli məcrada keçib.
"Adana Dəmirspor"un baş məşqçisi Erkan Sözeri qarşılaşmanın ardından hər iki komandanın oyunçularını təbrik edib. Sözeri gənc oyunçularının durumunu daha yaxından izləmə şansı əldə etdiklərini bildirib: "Gözəl və centlmensayağı 90 dəqiqə izlədik. Gənc qardaşlarımız gözəl oynadılar. Get-gedə daha yaxşı oynayacaqlarını düşünürəm. Ən böyük təsəllim hər hansı zədənin baş verməməsi oldu. Qardaş Azərbaycanın "Sumqayıt" komandasına çempionatda uğurlar arzulayıram".
Onun rəqib həmkarı Samir Abasov da oyunun yaxşı keçdiyini bildirərək, "Adana Dəmirspor"a yeni mövsümdə uğurlar diləyib.