1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin üzvü erməni ilə eyni statusda
Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayev Ukraynanın "Stal" klubunda legioner kimi çıxış etməyəcək. Sportnet.az-ın məlumatına görə, bu haqda Ukrayna Peşəkar Premyer Liqasının direktoru Yevgeni Diki rəsmi açıqlama verib.
O, Paşayevlə erməni futbolçu Geqam Kadimyanın müvafiq olaraq "Stal" və "Karpatı" klublarında ikili vətəndaşlıqla çıxış etməsini şərh edib. Dikiyin sözlərinə görə, belə praktika əvvəllər də olub: "Daha öncə Özbəkistandan Maksim Şatskix və Serbiyadan Vladimir Dişlenkoviç kimi futbolçuların qarşısında "Ukrayna (legioner)" yazılmışdı. Bu, o deməkdir ki, onlar Ukranya vətəndaşlığına malikdirlər, ancaq bu ölkənin yığmasında oynaya bilməzlər. Çünki digər milli komandalarda oynayıblar. Buna görə də Paşayevin vətəndaşlıq qrafasında "Ukrayna (legioner)" yazılıb. Çünki Ukrayna vətəndaşlığı var, ancaq Azərbaycan millisində oynayıb. Bəli, bizdə Paşayevlə Kadimyanın Ukrayna pasportları var və onlar bu sənədlərə əsasən Ukrayna çempionatına sifariş olunublar. Biz futbolçuları klublarının bizə təqdim etdiyi sənədlərə əsasən sifariş edirik".
Xatlrladaq ki, hücumçu olan 24 yaşlı Kadimyan Ermənistan milisinin üzvüdür.