1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Yumruğu bir yerə vurmalıyıq"
"Gündə iki dəfə olmaqla, həqiqətən də çox ağır məşqlər edirik. Dayanmadan məşqlərimiz, oyunlarımız olur. Bu da komandamız üçün çox vacibdir. Çünki yay fasiləsində ciddi dəyişikliklər baş verib". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Sumqayıt"ın futbolçusu Amit Quluzadə klubunun rəsmi saytına açıqlamasında bildirib.
Komandanının Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışını dəyərləndirən gənc yarımmüdafiəçi yaxşı ab-havada hazırlaşdıqlarını bildiirb: "Heyətə yeni oyunçular qoşulub. Biz də çalışırıq ki, yenilərə elə münasibət olsun ki, özlərini komandaya yaxın hiss etsinlər. Çünki bu, çempionatın startındaca yumruğu bir yerə vurmaq üçün çox lazımdır.
Çempionat oyunları göstərdi ki, baş məşqçi Samir Abasovun dediklərini futbolçular yerinə yetirməyə çalışırlar. Həm təcrübəli, həm orta yaşlı, həm də gənc futbolçular yaxşı vəhdət təşkil edib. İnanıram ki, bunun bəhrəsini çempionat başlayanda görəcəyik".