1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"də qovulma ənənəsi
"Neftçi" Avropa Liqasına düşən ilk Azərbaycan klubu olandan sonrakı mövsümdə uğursiz tendensiyanı davam etdirir. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"da ardıcıl 4-cü mövsümdür avrokuboklarda qırmızı vərəqə almaq ənənəyə çevrilib.
Bu, 2013/14 mövsümündə Çempionlar Liqasında, sonrakı illərdə isə Avropa Liqasında olub.
Özü də qırmızı vərəqələr adətən cavab matçında qeydə alınır və "Neftçi"nin mübarizəni dayandırması ilə nəticələnir. İlk və son qırmızı vərəqələr Makeodniya milli komandasında birgə oynamış mərkəz müdafiəçiləri - İqor Mitreski ilə Vançe Şikova aiddir. Onlar keçmiş Yuqoslaviyadakı təkrar qarşılaşmaların ikinci hissəssində ikinci sarı vərəqəyə görə meydandan çıxarılıb.
Digər 2 mövsümdə isə "Neftçi"də meydandan qovulmalar kütləvi hal alıb. Belə ki, "Partizan"la ev matçının son dəqiqələrində 3, "Mladost"la səfər görüşündə 2 futbolçumuz qırmızı vərəqə olub. Bunlar daha çox meydanda baş verən insidentlərlə bağlı olub.
Göründüyü kimi, "Neftçi"ni mübarizəni dayandırdığı vaxtda həm də futbolçularını itirib və onlar növbəti mövsümdə cəzalı duruma düşüblər. "Ağ-qaralar" 4 mövsümdə 7 qırmızı vərəqə alıb.
"Neftçi"nin avrokuboklarda son 3 mövsümdə aldığı qırmızı vərəqələr
2013/14 mövsümü
Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
23 iyul
"Skenderbeu" (Albaniya) - "Neftçi" - 1:0 (əlavə vaxtda)
İqor Mitreski, 90+2 (ikinci sarı vərəqə)
2014/15 mövsümü
Avropa Liqası, pley-off mərhələsi
Cavab oyunu
28 avqust
"Neftçi" - "Partizan" (Serbiya) - 1:2
Ernest Nfor, 86, Erik Ramos, 90+3 (hər ikisi ikinci sarı vərəqə), Kaue (90+4, birbaşa)
2015/16 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsi
Cavab oyunu
9 iyul
"Mladost" (Çernoqoriya) - "Neftçi" - 1:1
Maksim Vaylo, Aylton da Silva, 90+9 (hər ikisi birbaşa)
Avropa Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
21 iyul
"Şkendiya" (Makedoniya) - Neftçi" - 1:0
Vançe Şikov, 72 (ikinci sarı vərəqə)
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb