İtaliyanın "Yuventus" klubu futbolçu Pol Poqbanı İngiltərə "Mançester Yunayted"inə 120 milyon avroya satmaqdan imtina edib. Sportnet.az-ın "Sky Sport Italia"ya istinadən verdiyi məlumata görə, "Napoli"nin forvardı Qonsalo İquainin Turin komandasına mümkün keçidi Poqbanın satılacağı ehtimalı ilə əlaqəli deyil.
Ötən mövsüm frasalı yarımmüdafiəçi İtaliya çempionatında 35 oyuna 8 vurub və 12 məhsuldar ötürmə edib. 









                 





    
    
    
    
    
    
    
    
    






















































