Azərbaycanlı futbolçu Ramil Şeydayevin heyətində yer aldığı "Trabzonspor" klubu Macarıstanda hazırlığını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Trabzon təmsilçisi Qyor şəhərindəki 3 həftəlik təlim-məşq toplanışında 4 yoxlama oyunu keçirəcək.
Rəqiblər ilk 3-ü bu ölkənin təmsilçiləri olacaq. Ərsun Yanalın komandası ilk oyununu iyulun 30-da III divizion təmsilçisi "Qyori ETO" klubu ilə keçirəcək. "Trabzonspor"un növbəti matçı "Qəbələ"nin Avropa Liqasında mübarizədən kənarlaşdırdığı MTK ilə olacaq. Bu oyun avqustun 2-də baş tutacaq. Avqutun 4-dəki rəqib "Qyormot" da yüksək liqa təmsilçisidir. Nəhayət, avqustun 7-də son yoxlama matçı Küveytin Premyer Liqa təmsilçisi "Əl Tadhamon"la olacaq.
Yanal yeni transferləri də sınayacağı bu matçlara əsasən növbəti mövsüm üçün start heyətini müəyyənləşdirməyi hədəfə alıb.