Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” son yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Samir Abasovun komandası 1-ci liqa təmsilçisi "Girəsunspor"la qarşılaşıb. 
Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə "Sumqayıt" meydanı 1:2 hesabı ilə məğlub tərk edib. Sumqayıtlıların yeganə qolunu Mirabdulla Abbasov vurub. 
Qeyd edək ki, "Girəsunspor" son olaraq 1-ci liqada 7-ci pilləni tutub.









                 





    
    
    
    
    
    
    
    
    





















































