1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov: "Çexiyada uğurlu nəticə qazanmağa çalışacağıq"
"Viktoriya” tarixi olan klubdur və son illərdə qazandığı uğurlar da göz qabağındadır. Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır. İstənilən halda, bu cütlüyün favoriti sayılır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında Çexiyanın "Viktoriya" klubu ilə oyun öncəsi bildirib.
Onun sözlərinə görə, turnirin III təsnifat mərhələsində bugünkü səfər matçına yaxşı hazırlaşıblar: "Ardıcıl üçüncü ildir ki, bu mərhələdə mübarizə aparırıq. "Viktoriya”ni ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız "Monako”, "Anderlext” və ya "Tottenhem”lə müqayisə etməzdim. Rəqibimiz özünəməxsusluğu ilə seçilir. 2014-cü ildə "Viktoriya” ilə oynadığımız yoxlama matçından cəmi 4 futbolçu hazırda komandada çıxış edir. Bizi çətin oyun gözləyir. Komandada baş məşqçi dəyişikliyi olması rəqibin gücünü azaltmır. Ötən il də bir neçə tur qalmış çempion olmuşdular. Yeni baş məşqçi ilə belə turnirdə ilk matçlarına çıxacaq. Bu baxımdan rəqibin necə oynayacağı gözlənilməzdir. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bizə xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq”.