1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Pivarnik: "Uzaqdan zərbələr və qolların azlığından narahatam"
"Belə rəqiblə oyunda 10 qol imkanı yaradacağımızı əvvəlcədən təsəvvür etmək çətin idi. İkinci hissədə ağlasığmaz təzyiqlər etdik. Amma cərimə meydançasına daxil olmaq çətin idi. Bilmirəm bu, bizim oyunumuzdan irəli gəlirdi, yoxsa rəqibin möhkəm müdafiəsindən". Sportnet.az-ın məlumatına görə, bunu Çexiya "Viktoriya"sının baş məşqçisi Roman Pivarnik Plzendə "Qarabağ"la 0:0 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
49 yaşlı mütəxəssis bildirib ki, cərimə meydançası ətrafından zərbə vurmaq üçün çoxlu imkan olsa da, komandası buna önəm verməyib: "Orta məsafədən zərbələrin azlığına təəssüflənirəm. Bu, futbolçularımı tənqid edə biləcəyim yeganə məqamdır".
Baş məşqçi qolsuz heç-heçəni cavab görüşü üçün münasib sayıb. Onun fikrincə, "Qarabağ" Bakıdakı qarşılaşmada təmkinli oynayacaq, "Viktoriya" isə ilk görüşdəki qədər təzyiq altında olmayacaq: "İnanıram ki, növbəti mərhələyə vəsiqəni təmin edən nəticəyə imza atacağıq".
Pivarnik komandasının son matçlarda az qol vurmasından da şikayətlənib: "İlk görüş elə də asan olmur. Bəzi məqamlar üzərində işləməliyik. Son 4 görüşdə yaxşı rəqiblərə qarşı üstün oyun sərgiləsək də, məhsuldarlığın aşağı olması bizi narahat edir. İşlədikcə, hədəfimizə çatacağıq. Şənbə günü "Yiqlava" ilə çempionat matçımız var. Sonra isə bizi Bakıya uzaq səfər gözləyir".
Qeyd edək ki, bu, Roman Pivarnikin rəhbərliyi altında ilk rəsmi matç olub. Avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"la "Viktoriya" arasında keçiriləcək cavab görüşü saat 20:30-da başlanacaq.