1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bu da "Qarabağ"la...
Azərbaycan klubları Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk dəfə səfərdə uduzmayıb. Sportnet.az-ın məlumatına görə, bu, "Qarabağ"ın sayəsində baş verib. Ağdam təmsilçisi Çexiyanın "Viktoriya" klubu ilə səfərdə qolsuz bərabərliyə qalıb.
Qurban Qurbanovun komandası bundan əvvəlki 2 mövsümdə III təsnifat mərhələsində Avstriyada "Zalsburq"a 0:2, Şotlandiyaya "Seltik"ə 0:1 hesabı ilə uduzmuşdu. Daha əvvəlki səfər qarşılaşmalarında isə "Bakı"nın Bolqarıstanda "Levski"yə 0:2, "Neftçi"nin İsraildə "Hapoel"ə 0:4 hesablı məğlubiyyəti qeydə alınmışdı. Göründüyü kimi, 5-ci səfər matçında ilk dəfə uduzmasaq da, hələ də qol vura bilməmişik.
Xatırladaq ki, "Qarabağ" ÇL-in III təsnifat mərhələsində yeganə qələbəmizi qazanan komandadır. Bu, həmin mərhələdə debüt etdiyi "Zalsburq"la ev oyununda 2:1 hesablı qalibiyyətdir.