1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Eddi İsrafilov Avroliqanın finalçısına keçdi
Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, İspaniyanın məşhur "Marka" nəşri 24 yaşlı yarımmüdafiəçinin bu ölkənin II divizionunda mübarizə aparan "Fulhem" klubuna keçdiyini yazıb. İsrafilov London təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.
"Fulhem" bu transferə görə futbolçunun məxsus olduğu İspaniyanın "Mursiya" klubuna 200 min avro ödəyib. Komanda növbəti il İngiltərə Premyer Liqasına çıxarsa, bu məbləğ artırıla bilər. 2017-ci ilin iyununadək müqavilə ilə "Mursiya"nın futbolçusu olan İsrafilov daim icarədə oynayıb. Onun son klubu bu ilin ilk yarısında keçirdiyi, 14 matçda meydana çıxdığı "Kodoba" klubu olub.
Eddi yeni klubunda 2 ispan futbolçu - Xavyer Pereyra və Alberto Eskobarla komanda yoldaşı olacaq. Onların baş məşqçisi serbiyalı Slavişa Yokanoviçdir. "Fulhem"in yeganə titulu 1975-ci ildə qazandığı İngiltərə kuboku olub. Avrokuboklarda ən böüyk nailiyyət isə 2010-cu ildə Avropa Liqasının finalçısı olmasıdır.
Xatırladaq ki, millimizə xorvatiyalı baş məşqçi Robert Prosineçkinin vaxtında - ötən ildən cəlb olunan İsrafilov 5 oyun keçirib.