1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Muarem Muarem: "Necə unudacağımızı bilmirəm" - MÜSAHİBƏ
"Qarabağ"ın Çexiya "Viktoriya"sı ilə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında vurduğu yeganə qolun müəllifi Muarrem Muarrem jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Görüş barədə təəssüratların necədir?
- Qolu buraxaraq mübarizəni dayandırdıqda yadıma İtaliya "İnter"i ilə elə bu stadiondakı oyun düşdü. Ancaq bu, bir az fərqli idi. Çünki qalib gəlsəydik, "Qarabağ" ilk Azərbaycan klubu kimi Çempionlar Liqasının "play-off"una çıxacaqdı və ən azı Avroliqanın qrupuna vəsiqəni təmin edəcəkdi. Əslində biz Avroliqanın yox, ÇL-in qrupuna düşməyi düşünürdük. Yaxşı oynadığımızı hesab edirəm. Rəqib son dəqiqələrdə əlinə düşən bir qol imkanını dəyərləndirdi çoxlu qol inkanlarını qaçırdıq.
- Bu anda düşündünmü ki, futbolun yazılmayan qanunu, "vurmayana vurarlar" işə düşəcək?
- Mən qol buraxacağımızı yox, ikinci qolu vuracağımızı düşündüm. Bu futbolun qanunudur və hər yerdə görürük ki, sən vurmasan sənə qol vurarlar. Rəqib də bunu etdi. Buna qol imkanı da demək olmaz. Sadəcə, asma oldu və mərkəzdən başla qol vurdular. Qismət belə imiş.
- Uğursuzluğa əsas səbəb nə oldu: bəxtsizlik, təcrübəsizlik, yoxsa...
- Sadəcə, qol imkanlarımızı dəyərləndirməli idik. Bunu etməyəndə özün qol buraxa bilərsən. Çox üzüldük. Bu matçı necə unudacağımızı bilmirəm.
- Komandanız Avroliqanın da qrupuna düşə bilməsə, bunu faciə saymaq olar?
- Təbii ki, qrupa düşmək üçün əlimizdən gələnu edəcəyik. Bundan da yaxşı oynamağa çalışacağıq. Biz meydanda bütün gücümüzü qoyacağıq. Sonda allah deyən olacaq.
- Qurban Qurbanov paltardəyişmə otağında nə dedi?
- Bizi təbrik etdi, hər birimizin xarakterinin olduğunu söylədi.
- Zamanı geri çevirə bilsəydiniz, mərhələ keçmək üçün nə edərdiniz?
- Həminki kimi oynayardıq və hər birimiz qol vurmaq istəyərdik. Sadəcə, qol imkanlarımızı dəyərləndirmək lazım idi. Rəqibi də təbrik etmək lazımdır. Ümidvaram ki, istədiklərinə çatacaqlar.