"Araz-Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Türkiyənin Ərzurum bölgəsindəki təlim-məşq toplantısı barədə danışıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında keçirdikləri yoxlama matçlarını və hazırlıq prosesini dəyərləndirib.
O deyib: "Premyer Liqa I Diviziondan çox fərqli olduğundan, daim dəyişik heyətdən yararlanmaq lazımdı. Çempionatda çıxış edən komandaların oyun tərzi bir-birinə bənzəməyəcək. Odur ki, keçirdiyimiz yoldaşlıq oyunlarında futbolçuları 5-6 taktiki sxemdə yoxladım. Eyni zamanda heyətləri dəyişik olaraq meydana buraxdım. Bu yoxlama görüşləridir: qalib gəlmək və ya məğlub olmaq heç nəyi dəyişmir. Əslində, məğlub olmaq komandanı ayıldır, hansı mövqelərin zəif olduğu sezilir və bunlar üzərində çalışılır. Çempionatın başlamasına iki həftə var və bu müddət ərzində boşluqları doldurub oyunlara tam olaraq hazır çıxacağıq".
Qeyd edək ki, "Araz-Naxçıvan" Ərzurum toplanışında 2 yoxlama matçı keçirib. Əsgər Abdullayevin komandası "Samsunspor"a 1:2, "Tarsus İdman Yurdu"na isə 2:3 hesabı ilə uduzub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |