1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qırmızı"larla başlayan mövsüm: "Neftçi"nin antirekordçusu yenə "fərqləndi"
Azərbaycan Premyer Liqasında yeni mövsümü qırmızı vərəqələrla başlayıb. Sportnet.az-ın məlumatına görə, AZAL - "Neftçi" oyununun 37-ci dəqiqəsində hər 2 komandanın futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulub.
Bunlar AZAL-dan yarımmüdafiəçi Ruslan Nəsirli, "Neftçi"dən braziliyalı müdafiəçi Jayro Filyo Rodriges olub. Legioner 2-ci sarı vərəqəyə görə baş hakim Rəhim Həsənov tərəfindən meydandan çıxarılıbsa, Nəsirlinin "qırmızı"sı fərqli olub. Belə ki, Jayro meydandan qovulanda meydanda mübahisə düşüb və ora gələn Ruslan "Neftçi"nin sol cinah müdafiəçisi Dario Melnyakın sifətindən itələyib. Nəticədə Melnyak yerı yıxılıb və Nəsirli də qırmızı vərəqə alıb.
Jayro ölkəmizdə debütü olan ötən mövsümdə 3 dəfə qırmızı vərəqə almaqla nəinki "Neftçi"nin, çempionatın antirekordçusu olub. Maraqlıdır ki, bunlardan 1-i məhz AZAL-la matçda olub və onda da braziliyalı 2-ci sarı vərəqəyə görə qovulub. Həmin vaxy komandası 1:2 hesabı ilı uduzub. Jayronun digər "qırmızı"ları "Rəvan" və "Qəbələ" ilə matçlarda da olub və onda da "Neftçi" qələbə üzünə həsrət qalıb. Ümumiyyətlə, "ağ-qaralar" ötən mövsüm ən çox qırmızı vərəqə alan komanda olub.
Xatırladaq ki, Nəsirlıi də vaxtilə "Neftçi"nin üzvü olub və onun yetirməsi sayılır.