1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" üçün 111
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu "Qəbələ"nin 2 futbolçusu üçün əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi Tellur Mütəllimovla fransalı hücumçu Baqali Dabo "qırmızı-qara" formada qol hesabını açıblar.
Onlar bunu "Kəpəz"lə "Dalğa Arena"da keçirilən ev oyununun ikinci hissəsində reallaşdırıblar. Özü də matçın 58-ci dəqiqəsində hesabı açan Mütəllimov bundan 21 dəqiqə sonra məhsuldar ötürmə ilə Dabonun fərqlənməsinə imkan yaradıb. "Qəbələ"nin "88 nömrə"si matçın 34-cü dəqiqəsində zədələnərək əvəzlənməli olam kapitan Rəşad Sadiqovun yerinə meydana daxil olub.
"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Tellur əsas komandada ilk rəsmi oyununu elə bu yay Avropa Liqasında keçirib. Bu, turnirin I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna iyunun 30-da "Bakcell Arena"da 5:1 hesabı ilə qalib gəldiyimiz ilk matç olub. Mütəllimov həmin oyunun ikinci hissəsində meydana daxil olub. 21 yaşlı futbolçu ötən mövsümü icarə əsasənda "Zirə"də keçirib və çempionatımızın gümüş medalçısı olub. Bu, Mütəllimovun Azərbaycan milli çempionatında ilk mükafatıdır. O, "Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun yeni gəldiyi vaxtda - 2014/15 mövsümün ikinci yarısında əsas komandaya cəlb olunsa da, debüt etməmişdi. Tellur həmin vaxt oyun praktikanını uzun illər heyətində olduğu əvəzedici komandada qazanırdı.
Dabo isə "Samtredida" ilə həmin matçda ilk dəfə "Qəbələ"nin formasında meydana çıxıb. 28 yaşlı fransalı hücumçu Avropa Liqasında hər 6 matçda əsas heyətdə meydana çıxsa, məhsuldar ötürmələr versə də, qol hesabını aça bilməmişdi. Dabo "qırmızı-qaralar"da ilk qolunu Azərbaycan Premyer Liqasında debütündə vurub.
Mütəllimovla Dabonun fərqlənməsi ilə "Qəbələ"nin 11 illik tarixində qol vuranların sayı 111-ə çatıb. Bunadək 109 futbolçu "qırmızı-qara" formada rəqib qapısına yol tapa bilmişdi.
Xatırladaq ki, Dabo "Qəbələ"də oynayan 2-ci fransalı futbolçudur. Komandamızda bu ölkədən ilk təmsilçisi də hücumçu olub ki, söhbət Yannik Kamanandan gedir.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb