
Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Xudiyev Avropa Liqasında III təsnifat mərhələsinin ilkin oyunları çərçivəsində "Diosgyor" (Macarıstan) - "Krasnodar" (Rusiya) oyununda iş başında olacaq.
Matç iyulun 31-də Macarıstanın Debretsen şəhərindəki "Debretsen Arena"da keçiriləcək. Xudiyev türkiyəli referi Bülent Yıldırımın başçılıq etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.