
"Neftçi” 1992-ci ildən çıxış etdiyi Azərbaycan milli çempionatında məğlub edə bilmədiyi bir komanda qalıb. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar” ötən çempionatda yüksək liqada debüt edən "Zirə”ni hələ də yenə bilmir.
Bu tilsim cari çempionatda da davam edib. Bu dəfə "Neftçi”yə "Zirə”yə evdə uduzub – 0:1. Komanda bu rəqibə ötən il səfərdə 0:2 və 0:3 hesabı ilə məğlub olub. "Bakcell Arena”da keçirilən matçlarda isə 1:1 və 0:0 hesablı bərabərliklər qeydə alınıb.
"Neftçi” "Zirə"dən ilk ev məğlubiyyətini "Əlincə Arena”da alıb. Bu da "Bakcell Arena”nın təmirə bağlanması ilə əlaqədardır. Göründüyü kimi, "Neftçi”yə "Zirə”yə cəmi 1 qol vurub. Onun müəlifi olan bmbardiri Ruslan Qurbanov bu dəfə zirəlilərlə matça ehtiyat oyunçular skamyasından başlayıb və yalnız 70-ci dəqiqədə meydana daxil olub.
"Zirə” Azərbaycan milli çempioinatının tarixində çıxış edən 58 komanda olub. "Neftçi” indiyədək 57 rəqiblə matçda qələbə ilə bağlı problemlə üzləşməyib. "Zirə”nin baş məşqçisi Adil Şükürov 5 oyunda rəqibdən həmkarları Samir Əliyev, Əsgər Abdullayev və Vəli Qasımovla üz-üzə gəlib və heç birində uduzmayıb.
Xatırladaq ki, "Zirə" ötən çempionatının gümüş mükafatşısı olsa da, 3 ildir peşəkar klub olmadığımndan UEFA onu avrokuboklara buraxmayıb. Əvəzində çempionatda 6-cı olan "Neftçi" Avropa Liqasına yollana bilib.