1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nika Kvekveskiri: "Sloveniyada da qələbəyə oynayacağıq"
"Oyun çətin alındı. "Maribor" çox ağıllı komandadır". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin gürcü futbolçusu Nika Kvekveskiri Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Maribor" klubuna 3:1 hesabı ilə qlaib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. Onun fikrincə, rəqib bu gün 1:3 hesabı ilə uduzsa da, çox yaxşı futbol oynayır: "Matçın əvvəlində çox yaxşı şanslarımız vardı. 10 dəqiqədə minimum 3 dəfə fərqlənə bilərdik. Oyuna yaxşı başlasaq ki, təəssüf ki, əks-hücumda qol buraxdıq. Çox pisdir ki, evdə qol buraxırıq. Bu, rəqibə üstünlük verir. Rəqib gözlədiyimiz kimi yaxşı oynadı. Biz "Maribor"u yaxşı təhlil etmişdik. Güclü, zəif tərəflərini bilirdik. "Qəbıələ" topla oynamağı sevir, topa sahib olmağa, oyuna nəzarət etməyə çalışır. Səfərdə də belə yaxşı, ağıllı oynamalı, bütün gücümüzü meydanda qoymalıyıq. Bu, qrupa düşmək üçün vacibdir".
Gürcü legioner burxadıqları qoldan sonra baş məşqçi Roman Qriqorçukun oyunlarını bir az dəyişdirdiyini söyləyib: "Rəqibin oyunu yaxşı ayrıd etmədyimizdən gərgin idik və bir az taktiki cəhətdən dəyişiklik etdik. Göründüyü kimi, bu, oyunumuza müsbət təsir göstərdi. Biz hətta "Lil"lə səfərdə 1:1 hesabı ilə oynayandan sonra evdəki matça hesabı qorumağa çıxmamışdıq. SBuna görə "Maribor"a qarşı əfərdə də qələbəyə oynayacağıq. Fikrimcə, "Qəbələ" heç vaxt hesabı qorumağa oynamayacaq. Öz oyumuzu göstərəcəyik, sonrasına baxarıq".