1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "O, bunu qəsdən edibsə, cəzalandırılacaq"
"Oyun barədə nə deyə bilərəm? Hər şeyi özünüz gördüz. Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Penaltiyə qədər hər şey yaxşı gedirdi. Ancaq penaltidən sonra hər şey dəyişdi. İkinci hissəyə də yaxşı başlasaq da, qol buraxdıq. Uşaqlar xarakter nümayiş etdirərək, bərabərlik qolunu vurdular”. Sportnet.az-ın məlumatına görə, bu sözləri "İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
T
Azərbaycam Premyer Liqasının III turunda öz meydanında "Kəpəz”lə heç-heçə edən "bankirlər”in gürcü çalışdırıcısı fikirlərini bölüşüb: "Ötən çempionatda 6 dəfə bizim qapımızıa penalti təyin ediblər. Bu çoxdu. Artıq futbolçularda belə bir fikir formalaşıb ki, yenə qapımıza penal təyin edəcəklər. Biz feyr-pleyin tərəfdarıyıq”.
- Bu mövsümdə 6 qoldan 3-nü standart vəziyyətlərdən vurmusuz. Bunun üzərində xüsusi hazırlaşırsız?
- Məşqlərdə futbolçular standart vəziyyətlərin üzərində fərdi hazırlaşırlar. Bu, əsasən, məşqdən sonra olur. O ki qaldı fasilədəki planlarımıza, Tbilisiyə gedərək, orda iki yoxlama görüşü keçirməyi planlaşdırıırıq.
- "İnter" bərabərlik qolunu vurduqdan sonra Ağabala Ramazanov topu rəqibin ehtiyat oyunçular skamyasına tərəf vurdu...
- Məncə, bunu qəsdən etməyib. Əgər bunu qəsdən edibsə, o, cəzalandırılacaq.
- Komandanın orta xəttində ciddi problemlər var. Oyun qurucusu çatışmır. Bu isə mövsüm ərzində ciddi problemlər yarada bilər...
- Belə problemlərin olacağını əvvəllər də demişdim. Ancaq qışa qədər hansısa transfer olacağını düşünmürəm. Bəlkə qışda belə transfer oldu.
Mənbə: apasport.az