"Kəpəz" qələbə həsrətinə son qoyub. Sportnet.az-ın məlumatına görə, Şahin Diniyevin komandası cari mövsümdə qol hesabını açıb. Bu, Premyer Liqanın III turunda "İnter"lə 2:2 hesabı ilə nəticələnən səfər matçında qeydə alınıb. Gəncəlilərin qollarının müəllifləri penaltidən fərqlənən kapitanı Tural Axundov və kamerunlu bombardiri Julien Ebah olub.
Şahin Diniyevin yetirmələri Premyer Liqada sonuncu qolunu ötən mövsüm 35-ci turda vurmuşdu. Maraqlıdır ki, paytaxtdakı həmin matç da 2:2 hesabı ilə nəticələnmiş və həmin oyunda da gəncəlilər qələbəni son dəqiqələrdə buraxdığı qolla əldən vermişdi. Bəxtiyar Soltanovun vurduğu həmin qoldan sonra "Kəpəz" uzun müddətdir Azərbaycanda qol vura bilmirdi. Komanda hətta Avropa Liqaslnda da evdə fərqlənə bilmiş və 4 oyunda yeganə qolu səfər matçında - Moldovada "Daçiya" klubu ilə oyuna təsadüf etmişdi.
Bununla da "Kəpəz" 98 gündən sonra qol həsrətinə son qoyub. Ancaq "İnter"lə səfər matçlarında qələbə həsrəti hələ də davam edir. Gəncə təmsilçisi 2000-ci ildən üzləşdiyi, hətta "Xəzər Universiteti" adlanan vaxtda da rəqibini məğlub edə bilməyib. Əksinə, "Kəpəz" tarixində ən ağır məğlubiyyəti məhz bu komandadan alıb - 2003-cü ilin iyulun 5-də Zabratda 0:8. Gəncə təmsilçisi nəhayət, ilkə imza atmağa çox yaxın idi ki, Ruslan Abışov 90-cı dəqiqədə vurduğu qol və bu epizodda litvalı qapıçısı Tadas Simaitisin kobud səhvi buna imkan verməyib.
Qeyd edək ki, AZAL-ın da bu turda rəqib qapısına yol tapması ilə cari mövsümdə qol vurmayan komanda qalmayıb.
Mehman Süleymanov