"Qarabağ"ın ispaniyalı futbolçusu Dani Kintana Avropa Liqasında 2-ci qolunu Sportnet.az-ın məlumatına görə, ötən mövsüm Premyer Liqamızın bombardiri olan olan yarımmüdafiəçi İsveçin "Göteborq" klubuna 3:0 hesabı ilə qalib gəldikəri matçda fərlqənib. Kintana Ağdam klubunun heyətində məhz bu turnirdə daha öncə qrup mərhələsində fərlqənib.
Bu, qrupda son oyun olan "Anderlext"lə dekabrda Brüsseldəki səfər matçında olub. Dani həmin oyunda hesabı açsa da, rəqib sonradan qısa zaman 2 qol vuraraq 2:1 hesablı əzmkar qələbə qazanıb. Bu məğlubiyyət Qurban Qurbanovun komandasının qrupdan çıxmasına mane olub.
Ağdamlıların digər əcnəbi yarımmüdafiəçisi Muarem Muarem isə elə bu mövsüm 2 dəfə fərqlənib. O, bunadək də Tofiq Bəhramov adına Respublika stadionunda - Çempionlar Liqasında Çexiyanın "Viktoriya" klubu ilə 1:1 hesabı ilə cavab matçında hesabı açıb.
Muarem qol hesabını da Avropa Liqasının pley-off mərhələsində təkrar oyunda açıb. Maraqlıdır ki, Hollandiyanın "Tvente" klubu ilə səfər qarşılaşması da 1:1 hesabı ilə nəticələnib. Bu qol sayəsində "Qarabağ" ilk dəfə qrupa düşüb. Muarem qrupda isə "Dnepr"ə Kiyevdəki görüşdə qol vurub - 1:0. Bu, klublarımızın qrupda ilk qələbəsi kimi tarxiə düşüb.