1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurbanovdan şok açıqlama: "Neftçi"də mənə it kimi yanaşdılar"
"Qəbələ”yə keçidimi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Eləcə də mənə dəstək olmayanlara minnətdaram. Həmçinin "Neftçi” fanatlarına təşəkkürüm var. Onlar hər zaman qəlbimdə olacaqlar".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin yeni transferi Ruslan Qurbanov "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsində paylaşıb. Millimizin hücumçusu "Neftçi”də çətin vəziyyətlə üzləşdiyini və bu haqda danışmaq istəmədiyini bildirib: "Hər kəsin məni anlayacağını fikirləşirəm. Mənə qarşı haqsızlıq edildi və it kimi yanaşıldı. Bu, artıq son olduğundan, "Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də "Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər".
Qurbanov özünü başqa komandada sınamaq və futbolçu kimi inkişaf etmək istədiyini söyləyib: "Roman Qriqorçukla birgə çalışmağı arzulayırdım. Bir daha mənə dəstək olanlara təşəkkürümü bildirirəm. "Neftçi”yə yaxşı günlərim olub. "Qəbələ”yə keçməsəydim, Avropaya yollanardım. Mənimlə Avstriyanın "Şturm” klubu, eləcə də Xorvatiya komandaları maraqlanırdı. İstəmirəm ki, "Neftçi” azarkeşləri mənə qarşı kin saxlasınlar. Hesab edirəm ki, onlar mənim hansı səbəbdən "Neftçi”ni tərk etdiyimi anlayacaqlar. Mənim əməyimi qiymətləndirməyən insanlar oldu. Halbuki 18 qol vurmuşdum. Hər kəsə təşəkkürlər!".