
"Neftçi" futbolçusu Ruslan Qurbanov karyerasını "Qəbələ"də davam etdirəcək. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisinin bu keçiddən qazandığı məbləğ məlum olub.
"Ağ-qaralar" 25 yaşlı hücumçunun keçidindən 200 000 manat əldə edib.
Qeyd edək ki, R.Qurbanov "Qəbələ" ilə 2 illik müqavilə imzalayıb.