1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Prosineçki üçün nəhs oyun
Azərbaycan milli komandası Robert Prosineçkinin rəhbərliyi altında nəhs oyuna çıxacaq. Sportnet.az-ın məlumatına görə, bu, 47 yaşlı xotvatiyalı mütəxəssisin 2-ci ildir baş məşqçisi olduğu millimizdə 13-cü matçı olacaq.
Prosineçkinin hesabında olan 12 matçdan yarısı AVRO-2016-nın seçmə mərhələ oyunları, yarısı yoldaşlıq görüşləri olub. Əcnəbi çalışdırıcımız yeganə rəsmi qələbəsini debütdə - ötən ilin martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması üzərində qazanıb - 2:0. Həmin oyunda qolların müəllifləri Cavid Hüseynov (4-cü dəqiqə) və Dmitri Nazarov (90-cı dəqiqə) olublar. Digər qələbə də ötən il Bakıda olub. Fərq ondadır ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması üzərində 2:1 hesablı qələbə yoldaşlıq görüşündə qazanılıb. Prosineçkinin komandası qalan 10 oyunun yarısında heç-heçə edib, yarısında uduzub.
Millimiz hazırkı baş məşqçinin vaxtında 10 qol vurub, 17-ni buraxıb. Qol müəlliflərimizdən çoxu indi də xorvatiyalı mütəxəssisin sərəncamındadır. Bunlardan 4 dəfə fərqlənən yarımmüdafiəçi Dmitri Nazarov Prosineçkinin dövründə bombardirdir. Digər yarımmüdafiəçi Rahid Əmirquliyev 2 qol vurub. Əfran İsmayılpv, Ağabala Ramazanov və Cavid Hüseynov hərəyə 1 dəfə fərlqəniblər. Moldova yığmasının üzvü Katalin Karp isə millimizlə oyunda avtoqol müəllifi olub. Göründüyü kimi, Prosineçkinin vaxtında bir qayda olaraq hücumameylli yarımmüdafiəçilər fərqlənirlər. Onlardan Nazarov, Əmiqruliyev, Ramazanov və İsmayılov San Marino ilə matçda da heyətdə yer alıblar. Hüseynov isə 1 ildir həbsdə olduğundan, futboldan kənarda qalıb.
Prosineçkinin hər 2 qələbəni Bakıda qazandığını nəzərə alsaq, hələ ki rəqib meydandında bu secinci yaşamayıb. Bunun ilk dəfə San Marionada olacağı real görünür.
Qeyd edək ki, Prosineçkinin debütü ötən ilin fevralında Antalyada Donetsk "Şaxtyor"una 1:2 hesabl ilə məğlub olduğu yoldaşlıq görüşündə olsa da, klubla yığma arasında oyunlar sayılmır.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb