1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Bəxtsiz Bədavi
Azərbaycan milli komandasının futbolçusu Bədavi Hüseynov ardıcıl 2-ci rəsmi oyunda yaşıl meydandan kənarda qalıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın 25 yaşlı müdafiəçisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində San Marino yığması ilə səfərdəki rəsmi oyuna çağırılsa da, zədə üzündən sonradan heyətdən kənarlaşdırılıb. Bunula da əslən Dağıstandan olan oyunçu startda milliyə kömək edə bilməyəcək.
Yığmamız son rəsmi oyunu ötən seçmə mərhələdə - AVRO-2016-da Bolqarıstan yığması ilə səfər qarşılaşması olub. Hüseynov ötən ilin oktyabrın 13-də Sofiyada 0:2 hesabı ilə udzuudğumuz həmin oyunda da meydana çıxa bilməyib. Onda müdafiəçi cəza problemi ilə üzləşmişdi. Məsələ ondadır ki, millimiz Bolqarıstanla matçdan 3 gün öncə Bakı Olimpiya Stadionda debütünü reallaşdırdığı İtaliya yığmasına 1:3 hesabı ilə yenildiyi seşmə mərhələ matçında Bədavini qırmızı vərəqə üzündən itirmişdi. Müdfaiəçimiz son dəqiqələrdə axırıncı ümid foluna görə birbaşa qırmızı vərəqə almışdı. Birbaşa qırmızı vərəqə adətən ən azı 2 oyunluq cəza olsa da, sonuncu ümid folu istisna kimi 1 matç təşkil edir. Əks təqdirdə, Bədavi San Marino ilə matçı da cəza üzündən buraxmalı olacaqdı. Ancaq zədə onu həmin rəqiblə görüşdən kənar qoydu.
Qeyd edək ki, Hüseynov 2012-ci ildən şərəfini qoruduğu millimizdə 24 oyun keçirib və qol vurmayıb. Onun debütü hələ almaniyalı baş məşqçi Berti Foqtsun vaxtında - 2012-ci ilin fevralın 27-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Hindistan yığmasına 3:0 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşü olub.