Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin komandası autsayder Farer adalarını qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib. İlk yarının rəqibin vurduğu qola Azərbaycan yığması qarşılaşmanın axırıncı dəqiqələrində cavab verə bilib.
Bununla da komandamız 7-ci qrupda xallarını 8-ə yüksəldib və 4-cü pillədə qalıb. Farer adaları isə ilk xalını qazanıb.
Qrupda bu gün keçirilən digər oyunda Rusiya da Avstriya ilə eyni hesablı heç-heçə etdiyi üçün millimizi keçə bilməyib. Hazırda Finlandiya - Almaniya görüşü davam edir.
Qeyd edək ki, Azərbaycan yığması 7-ci qrupda son oyununu oktyabrın 7-də səfərdə Finlandiyaya qarşı keçirəcək.
Avropa çempionatının seçmə mərhələ oyunu
6 sentyabr
18:00. Azərbaycan - Farer adaları - 1:1
Qollar: Mahir Mədətov, 88 - Ari Mor Olsen, 40
Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Vitalli Gorbatov, Vlad Lifciu
Dördüncü hakim: Luri Kovtun
(Hakimlər briqadası Moldovadandır)
UEFA nümayəndəsi: Yauheni Tratsiuk (Bolqarıstan)
Hakim-inspektor: Stanislav Sukhina (Rusiya)