Azərbaycan milli komandası Robert Prosineçkinin dövründə tendensiyasını davam etdirib. Sportnet.az-ın məlumatına görə, millimiz xorvatiyalı baş məşqçinin rəhbərliyi altında keçidiyi rəsmi oyunlarda ilk hissədə mütləq qol vurması artıq ənənə halını alıb. Təbii ki, bu, qol vurduğumuz matçlara aiddir.
Uğuru ənənə AVRO-2016-da - elə Prosineçkinin debütünün olduğu Maltaya 2:0 hesabı ilə qalib gəldiyimiz ev oyununda başlayıb. Cavid Hüseynov Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin matçın 4-cü dəqiqəsində hesabı açıb. Yığmamız bundan sonra Norveç və Xorvatiya ilə matçlarda qolsuz bərabərlik edib. Malta ilə 2:2 hesabı ilə nəticələnən səfər matçında Rahid Əmirquliyev 36-cı dəqiqədə ilk qolumuzun müəllifi olub. Millimiz İtaliyaya Bakı Olimpiya Stadionunda 1:3 hesabı ilə uduzduğu oyunda Dmitri Nazarov 31-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bundan sonra Bolqarıstana 0:2 hesabı ilə məğlub olduğumuz səfər matçında meydanı qolsuz tərk etmişik.
Düzdür, millimizin ənənəsi 2008-ci il dünya çempionatının seçmə mərhələsində starında az qala qırılacaqdır. Hər halda, San Marino ilə səfər matçımızın ilk hissəsi qolsuz bərabərliklə bitmək üzrə idi ki, fasiləyə saniyələr qalarkən sükut pozuldu. 45-ci dəqiqədə hücumçu Ruslan Qurbanov komanda yoldaşı Əfran İsmayıovun sağ cinahdan ötürməsindən sonra başla topu tora qovuşdurmaqla ənənənin pozulmasına imkan vermədi.