İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasını "Barselona"da davam etdirə bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə portuqaliyalı sabiq futbolçu Luiş Fiqo həmyerlisi haqda danışarkən deyib.
O bildirib ki, futbolçunun transfer qiyməti varsa, onu heyətinə cəlb edə bilərsən: "Bazarda hər şey mümkündür. Ronaldunun transfer qiyməti 1.5 milyard avro olsa belə, "Barselona" bu keçidi reallaşdıra bilər. Futbolçunun transfer qiyməti varsa, onu heyətinizə qata bilərsiniz".
Qeyd edək ki, L.Fiqo 2000-ci ildə "Barselona"dan 45 milyon avro müqabilində "Real Madrid"ə transfer olub.










































































