Bu gün çimərlik futbolu üzrə Azərbaycan milli komandası FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda ikinci oyununu keçirib. Sportnet.az-ın məluçatna görə, yığmamız İsveçrəyə minimal fərqlə uduzub - 6:7.
Komandamızdan Asif Zeynalov dubl edib. Qalan 4 qolun müəllifləri Amid Nəzərov, İlkin Hacıyev, Sabir Allahquliyev və Renat Sultanov olub.
Xatırladaq ki, millimiz ilk oyunda İspaniyaya 4:2 hesabı ilə qalib gəlib.