Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda üçüncü oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, İtaliyanın Yezolo şəhərində keçirilmiş matçda rəqib Türkiyə yığması olub.
Milli komanda 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.










































































