"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Yunanıstanın PAOK klubu ölkə çempionatına qələbə ilə başlayıb. Sportnet.az-ın məlumatına görə, Saloniki təmsilçisi 3-cü turda evdə "Panetolikos"a 2:1 hesabı ilə qalib gəlib. 
PAOK artıq ilk hissədə matçın taleyini həll edib. 2-ci dəqiqədə hollandiyalı hücumçu Dieqo Bisevar hesabı açıb. Bundan 25 dəqiqə sonra kapo-verdeli yarımmüdafiəçi Qarri Rodriges komandasının 2-ci qoluna imza atıb. Qonaqlar 90+1-ci dəqiqədə təsəlli qolunu vura biliblər. 
Qeyd edək ki, bu, Yunanıstanda yeni mövsümdə ilk oyunlar olub. Sadəcə, ilk 2 turun matçları sonraya təxirə salındığından, mübarizə 3-cü turla start götürüb. PAOK qələbə qazhesabına 3 xal qazansa da, hesabına yaza bilməyib. Çünki federasiyanın qərarı ilə klubun 3 xalını sildiyindən, hesabında xal yoxdur.  









                 





    
    
    
    
    
    
    
    
    


























































