Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la Çexiya "Slovan”ı arasındakı ilk tur qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Sportnet.az-ın məlumatına görə, sentyabrın 14-də "Azərsun Arena"nın mətbuat zalında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq.
Komandamızın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Slovan”ın son məşqi isə saat 19:00-da qarşılaşmanın oynanılacağı "Dalğa Arena”da baş tutacaq. Çexiya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 18:30-da "Dalğa Arena”nın mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı 15 sentyabr saat 19:00-da start götürəcək.





































































