
"Barselona"nın argentinalı futbolçusu Lionel Messi üçün Çempionlar Liqasının (ÇL) qrup mərhələsində "Seltik"lə oyun əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı hücumçu iki göstəriciyə birdən imza atıb.
Əvvəla, Messi hazırkı qrup mərhələsində ilk het-trikin müəllifi olub. O, 2 dəfə Neymarın, 1 dəfə Luis Suaresin məhsuldar ötürməsini qola çevirib. Bununla da Lionel ÇL-də 86-cı qolunu vurub və lider Kriştianyu Ronaldudan 7 qol geri qalır.
Bundan əlavə, Messi karyerasında ÇL-də ən erkən qoluna imza atıb. O, 3-cü dəqiqə bitməmiş - 2-ci dəqiqə 46-cı saniyədə Neymarın ötürməsindən sonra qapıçı ilə təkbətək çıxıb və topu qapıdan keçirib.